Bazar ertəsi, 29 Aprel

"Forbes" dünyanın ən varlı insanlarının siyahısını açıqlayıb

image

"Forbes" jurnalının "Milyarderlər Siyahısı"ndakı adamların sayı bu il 2781 nəfərə yüksəlib və milyarderlərin ümumi sərvəti 14,2 trilyon dollara çatıb.

Xəbər verilir ki, "Forbes" jurnalının bu il 38-ci dəfə dərc etdiyi "Milyarderlər Siyahısı" dünyada milyarderlərin sayının və sərvətlərinin artdığını göstərib.

Dünya üzrə milyarderlərin sayı ötən illə müqayisədə 141 nəfər artaraq 2 min 781 nəfərə çatıb. Milyarderlərin ümumi sərvəti 2 trilyon dollar artaraq 14,2 trilyon dollara yüksəlib.

Ən varlı şəxs "Louis Vuitton Moet Hennessy"nin (LVMH) rəhbəri Bernard Arnaultdur. 233 milyard dollar sərvəti ilə ikinci dəfə dünyanın ən varlı adamı kimi siyahıya başçılıq edir. Onun sərvəti keçən illə müqayisədə 22 milyard dollar artıb.

Amerikalı sahibkar, "Tesla", "SpaceX" şirkətlərinin sahibi İlon Mask 195 milyard dollar sərvətlə siyahıda ikinci yerdə qərarlaşıb.

"Amazon"un qurucusu Ceff Bezos 194 milyard dollar sərvətlə üçüncü yeri tutur.

Ötən il olduğu kimi milyarderlərin təxminən 13 faizini qadınlar təşkil edib. Dünyanın ən varlı qadını 99,5 milyard dollar sərvəti ilə "L'Oréal"ın qurucusunun nəvəsi Fransuaza Bettencourt Meyersdir.

Milyarderlərin orta yaşı 66 olduğu halda, ən yaşlı milyarder 102 yaşlı Corc Cozef kimi qeyd olunur.
Babası elektrik avadanlıqları istehsalçısı "WEG"in həmtəsisçisi olan 19 yaşlı braziliyalı Livia Voiqt ən gənc milyarder kimi siyahıda yer alıb.

Ən zəngin insanlar arasında 25 milyarderin yaşının 33 və daha kiçik olduğu bildirilib. Onların ümumi sərvəti 110 milyard dollar olaraq hesablanıb.

Ən çox milyarder olan ölkə 813 nəfərlə ABŞ olub. Bu ölkəni 473 milyarderlə Çin və 200 milyarderlə Hindistan izləyir.

Süni intellektə olan sıx tələbat ümumilikdə texnologiya hssələrindəki artımını dəstəkləyib və texnologiya milyarderlərinin ümumi sərvətini cəmi bir il ərzində təxminən 750 milyard dollar artıraraq 2,6 trilyon dollara çatdırıb.

OpenAI şirkətinin baş direktoru, süni intellekt "ChatGPT" cat-botunun yaradıcısı Sam Altman da milyarderlərə qoşulub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42